Bank Of Baku

İran Suriyadakı böhranın nizamlanması planını açıqlayıb

İran Suriyadakı böhranın nizamlanması planını açıqlayıb
# 17 dekabr 2012 07:29 (UTC +04:00)

 

Bakı. Könül Cəfərli-APA. İran Xarici İşlər Nazirliyi Suriyadakı böhranın nizamlanması məqsədilə 6 maddəlik həll planı açıqlayıb. APA-nın “Mehr” xəbər agentliyinə istinadən məlumatına görə, həll planında beynəlxalq və regional təşkilatlar, eyni zamanda bəzi ölkələr tərəfindən daha əvvəl təqdim edilən təkliflər də yer alıb.

 

İran XİN-dən verilən açıqlamada Suriyadakı böhranın sülh yolu ilə həllinə inanıldığı və bu istiqamətdə uyğun bir yolun tapılmasının vacibliyi qeyd olunan təkliflər paketində Suriya xalqının yalnız demokratik mühitdə ölkələrinin siyasi gələcəklərini özlərinin təyin etməsinin lazım olduğu bildirilib: “İlk növbədə BMT-nin nəzarəti altında atəşkəsə nail olunmalı və vətəndaş qarşıdırması dərhal dayandırılmalıdır. İkincisi, Suriya xalqına, xüsusilə də qarşıdurmadan zərər görmüş müxtəlif bölgələrdəki xalqa humanitar yardım çatdırılmalı, milli dialoq başladılmalı, siyasi fəaliyyətlərində dolayı istər iqtidar, istərsə də müxaliflər tərəfindən həbs olunmuş şəxslər sərbəst buraxılmalı, Suriyada baş verən hadisələr haqqında həqiqətə uyğun olmayan məlumatların ötürülməsinin qarşısı alınmalı və zərər görən bölgələrin abadlığı, həmçinin təmiri üçün komitə qurulmalıdır”.

 

İran XİN irəli sürdüyü həll planının Suriyada sülh və sabitliyin bərqərar olması, axan qanın durdurulması, ölkədəki siyasi qüvvələr arasında konstruktiv uzlaşmanın təmin edilməsi, regional və qlobal güclərin bu mövzuya hakim olmasını hədəflədiyini vurğulayıb. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR