Bank Of Baku

İran tankerlərinin sığortalanmasına tətbiq edilmiş qadağalar ləğv olunub

İran tankerlərinin sığortalanmasına tətbiq edilmiş qadağalar ləğv olunub
# 27 noyabr 2013 09:49 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İran tankerlərinin yerli və xarici şirkətlər tərəfindən sığortalanmasına tətbiq edilmiş qadağalar ləğv olunub.

 

APA-nın İRİB-ə istinadən məlumatına görə, bunu İran Ticarət Palatasının Nəqliyyat, Tranzit və Gömrük Komissiyasının sədri Məsud Daneşmənd bildirib.

 

Onun sözlərinə görə, bu addım İranla “altılıq” ölkələri arasında razılığın əldə olunmasından sonra atılıb. M.Daneşmənd deyib ki, İranın neft-kimya sektoruna sanksiya tətbiq edilməsi illik 4 milyon funt-sterlinq metanol və 3,5 milyon ton sidik cövhəri ixracatına qadağa qoyulmasına səbəb olub: “Bu sektora tətbiq edilmiş sanksiyanın aradan qaldırılması ilə yüksək istehsal həcmi azad olacaq və beləliklə, illik istehsal və ixracat həsmi artacaq”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR