Bakı. Şamil Əlibəyli - APA. İran Ukraynada baş verən hadisələri diqqətlə izləyir.
APA-nın məlumatına görə, bu barədə jurnalistlərlə keçirtdiyi brifinqdə İran Xarici İşlər Nazirliyinin mətbuat katibi Mərziyyə Əfxəm bildirib.
Onun sözlərinə görə, İran Ukraynada məsələlərin tezliklə həll olunacağına ümid edir: “Biz Ukraynada vəziyyəti gələcəkdə daha da gərginləşdirəcək ritorikaya qarşıyıq. Ukraynadakı böhran sülh yolu və dialoq vasitəsilə həll olunmalı, düzgün qərarlar qəbul olunmalıdır”.