Bakı. Real Cəfərli - APA. İran və Ermənistan xarici işlər nazirləri arasında görüş keçirilib.
APA-nın İSNA-ya istinadən verdiyi məlumata görə, Məhəmməd Cavad Zərif və Edvard Nalbandyan görüşdə ikitərəfli əlaqələrin inkişaf etdirilməsi, regional və qlobal məsələlər müzakirə ediləcək. Hazırda İran və Ermənistan xarici işlər nazirlərinin görüşün detalları barədə ətraflı məlumat vermək üçün birgə mətbuat konfransı keçirdikləri bildirilir.
Qeyd edək ki, E.Nalbandyan səfər çərçivəsində bu gün İran prezident Həsən Ruhani, parlamentin sədri Əli Laricani və bu ölkənin digər rəsmiləri ilə görüşəcək. O, həmçinin Ermənistan prezidenti Serj Sərkisyanın məktubunu iranlı həmkarına çatdıracaq.