Bank Of Baku

İran və Türkiyə parlamentlərinin sədrləri arasında telefon danışığı olub

İran və Türkiyə parlamentlərinin sədrləri arasında telefon danışığı olub
# 17 noyabr 2012 10:36 (UTC +04:00)

 

 

Bakı. Könül Cəfərli - APA. İran parlamentinin sədri Əli Laricani ilə Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Cəmil Çiçək arasında telefon danışığı aparılıb.

 

APA-nın xəbərinə görə, tərəflər İsrailin Qəzzaya hücumunun dayandırılması üçün beynəlxalq təşkilatların dərhal hərəkətə keçməsinin məqsədəuyğun olduğunu bildiriblər.

 

Ə.Laricani deyib ki, İslam ölkələri başda olmaqla dünya ictimaiyyəti İsrailin Qəzzaya etdiyi hücumları dayandırmaq üçün hərəkətə keçməli və lazımi tədbirlər görməlidir. Onun sözlərinə görə, İsrail heç bir beynəlxalq müqaviləyə bağlı qalmır və supergüclərin məsələyə səssiz qalması rəsmi Təl-Əvivin cinayətlərinin davam etməsinə gətirib çıxarır.

 

C.Çiçək öz növbəsində İran və Türkiyə xalqlarının İsrailin Qəzzaya hücumundan narahatlıq keçirdiyini və bu vəziyyəti kəskin şəkildə pislədiklərini vurğulayıb. O, həmçinin Türkiyənin İslam ölkələri ilə birlikdə İsrailin hücumlarını dayandırmaq üçün səylərini davam etdirəcəyini deyərək, Fələstin xalqının yanında olduqlarını söyləyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR