Bakı. Könül Cəfərli – APA. İranın xarici işlər naziri Əli Əkbər Salehi Qəzzaya (Fələstin) səfər edəcək.
APA-nın “Mehr” xəbər agentliyinə istinadən məlumatına görə, səfərdə məqsəd İsrailin bombaladığı Qəzzadakı vəziyyətlə yaxından tanış olmaqdır.
Ə.Salehini bəzi millət vəkilləri də müşayiət edəcək. Misir hökumətinin hələlik İran XİN rəhbərinin Qəzza səfərinə icazə verib-vermədiyi bəlli deyil.
Qeyd edək ki, Hüsnü Mübarəkin Misir prezidenti olduğu dövrdə İran nümayəndə heyətinin Qəzzaya səfər etməsinə icazə verilməmişdi.