Bakı. Könül Cəfərli - APA. İran xarici işlər nazirinin müavini Hüseyn Əmir Abdullahian Rusiyada səfərdədir.
APA-nın məlumatına görə, H.Abdullahian səfər çərçivəsində Rusiyanın bir sıra rəsmi şəxsləri ilə görüşlər keçirəcək, Suriyadakı böhran başda olmaqla ikitərəfli, regional və beynəlxalq məsələlərlə bağlı fikir mübadiləsi aparacaq.
Qeyd edək ki, ötən ay da Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanov Tehrana səfər etmiş, İran rəsmiləri ilə regional məsələlər və Orta Şərqdəki problemlərlə bağlı müzakirələr aparmışdı.