Bank Of Baku

İran XİN rəhbəri: “Suriya hakimiyyəti BMT müfəttişlərini kimyəvi silah istifadə olunmuş əraziyə buraxacaq”

İran XİN rəhbəri: “Suriya hakimiyyəti BMT müfəttişlərini kimyəvi silah istifadə olunmuş əraziyə buraxacaq”
# 25 avqust 2013 02:50 (UTC +04:00)

Bakı-APA. Suriya hakimiyyəti BMT-nin müfəttişlərinə kimyəvi silah istifadə olunduğu ehtimal edilən  əraziyə buraxacaq. APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, bunu ötən gün İran XİN rəhbəri Məhəmməd Cavad Zərif bəyan edib.

 

Qeyd edək ki, İranın xarici işlər naziri avqustun 24-də suriyalı həmkarı Valid Müəllimlə danışıqlar aparıb.

 

İran XİN rəhbərinin sözlərinə görə, Valid Müəllim ona bildirib ki, “terrorçu qrupların kimyəvi silah istifadə etdiyi ərazilərə baş çəkmək üçün şərait yaratmaq üçün Suriya hökuməti hazırda Dəməşqdə olan BMT ekspertlərinin missiyası ilə əməkdaşlıq edəcək”.   

 

Hazırda Dəməşq bu səfəri BMT missiyası ilə müzakirə edir, deyə İran XİN rəhbəri bildirib.  

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR