Bank Of Baku

İran XİN rəhbəri ilk dəfə olaraq Latviyaya səfər edəcək

İran XİN rəhbəri ilk dəfə olaraq Latviyaya səfər edəcək
# 31 may 2016 01:43 (UTC +04:00)

Bakı-APA. İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif iyunun 2-də Latviyaya səfər edəcək.

 

APA-nın xəbərinə görə, bu barədə Latviya XİN-in məlumatında deyilir.

 

Məhəmməd Cavad Zərif ölkə rəhbərliyi ilə ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edəcək və Latviya-İran işgüzar forumunun açılışında iştirak edəcək.

 

Səfər çərçivəsində İran XİN rəhbəri Latviya prezidenti Raymond Veyonis, parlamentin spikeri İnara Murniyets, latviyalı həmkarı Edqars Rinkeviçs ilə görüşəcək. Həmçinin iki ölkə XİN-i arasında qarşılıqlı anlaşma memorandumu imzalanacaq.

 

Qeyd edək ki, bu İran İslam Respublikası xarici işlər nazirinin Latviyaya ilk səfəridir. Latviya XİN rəhbəri E.Rinkeviçsin isə İrana ilk səfəri 2014-cü ildə baş tutub. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR