Bank Of Baku

İran XİN rəsmisi: “Bu gün Suriyada gedən proseslər terrorçuların xeyrinə deyil”

İran XİN rəsmisi: “Bu gün Suriyada gedən proseslər terrorçuların xeyrinə deyil”
# 14 may 2016 15:08 (UTC +04:00)

Tehran. Süleyman Fərzəliyev - APA. “Əgər bu gün region və dünya ölkələri Suriya və İraqda terrorizmlə ciddi mübarizə aparmasalar, sabah terrorçularla öz paytaxtlarında döyüşməyə məcbur olacaqlar”. 

 

Bunu APA-nın İran bürosuna açıqlamasında İran Xarici İşlər Nazirliyinin Yaxin Şərq və Şimali Afrika ölkələri üzrə idarə rəisi  Həmidrza Dehqani deyib.

 

O bildirib ki, bu gün Suriyada gedən proseslər terrorçuların xeyrinə deyil: “Onlar təzyiq altında olduqları üçün atəşkəsi pozmağa və müzakirələrə mane olmağa çalışırlar. Düşünürük ki, terrorizmin başlanğıcı və kökü Suriyada olmadığı üçün sonu da Suriyada olmayacaq”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR