Bank Of Baku

İran yeni ballistik raketini nümayiş etdirib

İran yeni ballistik raketini nümayiş etdirib
# 22 sentyabr 2017 11:02 (UTC +04:00)

İran yeni ballistik raketini nümayiş etdirib.

 

APA-nın xəbərinə görə, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi Kosmik Qüvvələrinin komandanı briqada generalı Əmir Əli Hacızadə “Press TV”-yə deyib.

 

Yeni ballistik raket prezident Həsən Ruhani və yüksək səviyyəli hərbi nümayəndələrin iştirakı ilə keçirilən hərbi paradda nümayiş olunub.

 

Yeni raket 2 min km məsafə qət etmək və bir neçə döyüş başlığı daşımaq qabiliyyətinə malikdir.

 

Qeyd edək ki, H.Ruhani bu yaxınlarda İranın raket potensialını gücləndirəcəyini demişdi.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR