Bakı. Real Cəfərli-APA. İran yeni pilotsuz təyyarə istehsal edib.
APA-nın “Mehr” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, yerli mütəxəssislər tərəfindən dizayn edilmiş təyyarə görüntü almaq xüsusiyyəti ilə yanaşı, 3 kq ağırlığında yük daşıya da bilir.
Uzaqdan idarə olunan təyyarədə elektrik mühərriki yerləşdirilib, bu isə onun manevr gücünü artırmaqla yanaşı, havaya qalxmaqda minimum dərəcədə səhv etməsinə gətirib çıxarır.
Təyyarənin qanadlarının səthinin uzunluğu 170 santimetrdir. Təyyarə müharibə zamanı və ya əkin yerlərindən görüntü almaq, həmçinin vəziyyəti yerindəcə müəyyənləşdirmək qabiliyyətinə malikdir.