Bank Of Baku

İran yeni pilotsuz təyyarəsini təqdim edib

İran yeni pilotsuz təyyarəsini təqdim edib
# 18 aprel 2013 13:49 (UTC +04:00)

Bakı. Könül Cəfərli – APA. İran yeni pilotsuz təyyarəsini təqdim edib. APA-nın “Fars” xəbər agentliyinə istinadən məlumatına görə, “Sərir” adı verilmiş pilotsuz təyyarə radardan yayınmaq xüsusiyyətinə malikdir.

 

Təyyarə həmçinin hər cür şüaya qarşı qoruna, uzaq mənzil qət edə, silah-sursat və videokamera daşıya bilir.

 

Qeyd edək ki, 18 aprel İranda Silahlı Qüvvələr Günü kimi qeyd olunur. Bu münasibətlə Tehranda hərbi parad da keçirilib. Mərasimdə “Saiqə”, “Soho-24”, “Miq-29”, “F-4” və “F-14” qırıcı təyyarələri havada müxtəlif driblinqlər edib, 2 ədəd “Soho-24” qırıcı təyyarəsi havadaykən yanacaq doldurub. Bundan əlavə, yeni zirehli personal daşıma vasitələri, yeni helikopter simulyatoru, “Səyyad 40” telekommunikasiya sistemi, “Hazim 3”, "Əbabil”, “Şahid 129" pilotsuz təyyarələri, “Ya Zəhra 3", “Mersad 3” (“S-200”) hava hücumundan müdafiə sistemləri, “Şahab” və Samən” radarları nümayiş etdirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR