Bank Of Baku

İran yeni qırıcı təyyarə istehsal edir

İran yeni qırıcı təyyarə istehsal edir
# 21 avqust 2013 16:07 (UTC +04:00)

Bakı. Real Cəfərli-APA. “Hazırda İran yeni qırıcı təyyarəsi istehsal edir”. APA-nın İran mətbuatına istinadən məlumatına görə, bu barədə İran Hərbi Hava Qüvvələrinin komandanı, general-mayor, pilot Əziz Nəsirzadə açıqlama verib. Onun sözlərinə görə, yeni qırıcı təyyarə ən müasir texnologiyalarla təchiz edilib: “Təyyarə yerli mütəxəssislər tərəfindən hazırlanır. Bundan sonra İran hərbi təchizat baxımından özünü təmin edəcək. Bu təyyarələrin istehsalı İranı xüsusilə hərbi təhsil baxımında xaricdən asılılıqdan qurtaracaq”.

 

Ə. Nəsirzadə həmçinin “Hava-Hava” və “Hava-Yer” tipli yeni raketlərin istehsalının davam etdiyini, bəzi raketlərin müvəffəqiyyətlə sınaqdan keçirildiyini və bəzilərinin sınaq işlərinin il sonunadək tamamlanacağını vurğulayıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR