Bakı. Real Cəfərli - APA. Bu gün səhər saatlrında İranın Kirmanşah vilayətində zəlzələ baş verib.
APA-nın Tehran Universiteti Geofizika İnstitutu Seysmoloji Xidmət Mərkəzinin saytına istinadən verdiyi məlumata görə, təbii fəlakətin episentri İranın Kirmanşah vilayətinin Gilan Qərb şəhərinə təsadüf edib. 4.0 bal gücündə olan zəlzələ Bakı vaxtı ilə səhər saat 07:23-də (Tehran vaxtı ilə 06:53-də) yerin 15 km dərinliyində meydana gəlib.
Təbii fəlakət Gilan Qərbdən 25 km və Sarpol Zahabdan 29 km uzaqlıqda baş verib.
Dağıntı və tələfat barədə məlumat yoxdur. Zəlzələ İraqda da hiss olunub. Bundan bir saat əvvəl isə İraqda 4.1 bal gücündə təbii fəlakət baş verib. Zəlzələ İranda da hiss olunub.
Qeyd edək ki, ötən gün İranın Kirmanşah vilayətinin Qəsrə Şirin şəhərində də 4.5 və 5.7 bal gücündə iki zəlzələ baş verib. Bundan əlavə, İranın Qərbi Azərbaycan vilayətinin Sərdəşt şəhərində də 4.2 bal gücündə zəlzələ olub.