Bank Of Baku

İrana hərbi ehtiyat hissələri satmaqda təqsirləndirilən İsrail vətəndaşı həbs edilib

İrana hərbi ehtiyat hissələri satmaqda təqsirləndirilən İsrail vətəndaşı həbs edilib
# 13 may 2014 10:48 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İsrail polisi İrana qeyri-qanuni olaraq hərbi ehtiyat hissələri satmaqda təqsirləndirilən ölkə vətəndaşını həbs etdiyini açıqlayıb.

 

APA-nın “Radiofərda”ya istinadən verdiyi məlumata görə, 65 yaşlı Əli Kohen Təl-Əviv şəhərinin Ben Qurion hava limanında Londona uçmaq istəyərkən saxlanılıb.

 

İsrailin “Yerusəlim Post” qəzeti Ə.Kohen və digər ölkə vətəndaşının İrana “F-4” qırıcı təyyarələrinin ehtiyat hissələrini satmaq, 2013-cü ilin mayında ABŞ hərbi təchizatlarını icazəsiz ixrac etmək, 2002-2004-cü illərdə çirkli pulların yuyulmasında iştirak, eləcə də Tehrana hərbi avadanlıq satışında ittiham olunduğunu yazıb.

 

ABŞ məhkəməsinin onun barəsində 6 aylıq həbs qərarı olmasına baxmayaraq, İsrail rəsmiləri hökmü icra etməyiblər. ABŞ məhkəməsi də Yerusəlim məhkəməsindən Ə.Kohen barəsində seçilmiş həbs-qətimkan tədbirinin onun ekstradisiyası ilə bağlı sorğu vermək üçün 20 gün müddətinə uzadılmasını təmin etməsini istəyib. Onun vəkilləri müştərilərinə qarşı irəli sürülmüş ittihamları rədd edirlər.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR