Bank Of Baku

İranda 2 nəfər edam edilib

İranda 2 nəfər edam edilib
# 02 iyul 2013 07:25 (UTC +04:00)

Bakı. Real Cəfərli – APA. İranda 2 nəfər edam edilib. APA-nın məlumatına görə, məhbuslar narkotik maddələrin qaçaqmalçılığında günahlandırılaraq dara çəkiliblər. Ad və soyadları açıqlanmayan məhkumlar üzərlərində 2 kiloqram 189 qram narkotiklə həbs ediliblər. Onlar barəsində aşağı instansiya məhkəmələrinin çıxardığı ölüm hökmü qərarı İranın Ali Məhkəməsi tərəfindən təsdiqləndikdən sonra iyulun 1-də səhər saatlarında Xürrəmabad şəhərinin mərkəzi həbsxanasında icra edilib.

 

Qeyd edək ki, İran Çindən sonra edamların sayına görə dünyada ikinci yerdədir. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR