Bank Of Baku

İranda 2 polis və bir əsgər həlak olub

İranda 2 polis və bir əsgər həlak olub
# 27 aprel 2016 12:46 (UTC +04:00)

Tehran. Süleyman Fərzəliyev. APA. İranın Sistan və Bəlucistan əyalətinin Xaş şəhərində naməlum şəxslərin açdığı atəş nəticəsində  2 polis məmuru və bir əsgər həlak olub.

 

APA-nın Tehran müxbirinin məlumatına görə, bunu İranın Sistan və Bəluçistan əyalətinin polis komandiri Hüseyn Rəhimi  deyib.

 

Onun sözlərinə görə, hücum edənlər 4 nəfər olub və hazırda onların  tapılması istiqamətində araşdırmalar aparılır: “Hadisə ötən axşam  saat 21 radələrində baş verib.  “Peugeot”  markalı avtomobilin sərnişinləri 4 polis nəfərinə  silahlı hücum edib.  Atışma nəticəsində baş çavuş  Məcid Coveyni, baş çavuş  Əbulfəzl  Həmr və bir əsgər həlak olub. İki əsgər isə yaralanıb. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR