Bank Of Baku

İranda bir neçə nəfər Krım-Konqo qızdırma xəstəliyindən ölüb

İranda bir neçə nəfər Krım-Konqo qızdırma xəstəliyindən ölüb
# 05 iyun 2017 09:28 (UTC +04:00)

İranda 31 nəfər Krım-Konqo qanamalı qızdırma xəstəliyinə tutulub.

 

APA-nın Tehran bürosunun məlumatına görə, bu barədə İran Səhiyyə Nazirliyinin xəbərində deyilir.

 

Bu xəstəliyə tutulanlardan 3 nəfər ölüb. Ölənlərdən biri hamilə qadın olub. Onda bu xəstəliyin əlamətləri müşahidə olunub. Mütəxəssislər qadının ölümünün əsl səbəbini müəyyən etmək üçün xüsusi araşdırma aparacaqlar.

 

Şiraz Tibb Universitetinin rektoru isə bildirib ki, Krım-Konqo qanamalı qızdırma xəstəliyinə yoluxduğu ehtimal olunan bir vətəndaş Şiraz şəhərinə gəlməli idi. Lakin o, vəfat edib. Hazırda onun ölümünün əsl səbəbi araşdırılır.  
 

Krım-Konqo qanamalı qızdırma heyvanlardan insanlara keçən xəstəlikdir. Bu xəstəlik gənə (Hialoma) dişləməsindən 1-3 gün ərzində (ən çox 9 gün ) qızdırma, baş ağrısı, halsızlıq, oynaq ağrıları, iştahasızlıq, qusma, mədə ağrısı və ishalla başlayır. İran Səhiyyə Nazirliyi maldarlıqla məşğul olan şəxslərə qoruyucu vasitələrdən, o cümlədən əlcəklərdən, çəkmə və xüsusi geyimlərdən istifadə etməyi məsləhət görüb. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR