Bank Of Baku

İranda 41 İŞİD-çi həbs olunub

İranda 41 İŞİD-çi həbs olunub
# 09 iyun 2017 14:41 (UTC +04:00)

İran Təhlükəsizlik Nazirliyi İŞİD qruplaşmasının üzvlərindən 41 nəfərin həbs olunduğunu açıqlayıb.

 

APA-nın Tehran bürosunun məlumatına görə, nazirliyin açıqlamasında bildirilir ki, aparılan çətin əməliyyatlar nəticəsində Kirmanşah, Kürdüstan,  Qərbi Azərbaycan və Tehran əyalətlərində 41 nəfər yaxalanıb. Terrorçulardan müxtəlif sənədlər, silah və sursat aşkarlanaraq götürülüb. Əməliyyatlar zamanı onlara hər hansı əks-hücum imkanı verilməyib.
 

Təhlükəsizlik Nazirliyi dövlət orqanlarına lazımi məlumatlar çatdıran vətəndaşlara təşəkkür edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR