Bank Of Baku

İranda 4 nəfər edam edilib

İranda 4 nəfər edam edilib
# 21 aprel 2013 00:56 (UTC +04:00)

Bakı. Könül Cəfərli – APA. İranın Kirman vilayətində 4 nəfər edam edilib. APA-nın məlumatına görə, narkotik maddələrin qaçaqmalçılığında günahlandırılan məhbusların üçünün üzərindən ümumilikdə 121 kq morfin, 526 kiloqram 440 qram tiryək, digərindən isə 5 kiloqram 475 qram heroin, 6 kiloqram 440 qram tiryək götürülüb. Məhbuslar aprelin 20-də səhər saatlarında Kirman şəhərinin mərkəzi həbsxanasında dara çəkiliblər. Hər 4 məhbus barəsində ölüm hökmü Kirman İnqilab Məhkəməsi tərəfindən çıxarılıb və hökm İran Ali Məhkəməsi tərəfindən təsdiqləndikdən sonra icra olunub.

 

Qeyd edək ki, “Amnesty İnternational” təşkilatının (Beynəlxalq Əfv Təşkilatı) yaydığı hesabatda İranda 2012-ci ildə 314 nəfərin edam edildiyi bildirilir. Ancaq İran insan haqları təşkilatları edamların sayına görə Çindən sonra ikinci pillədə qərarlaşmış bu ölkədə 2012-ci ildə 580 nəfərin dara çəkildiyini açıqlayıblar.

 

Xatırladaq ki, bununla da son bir həftə ərzində Şirazda 9, Kirmanda 4, Məşhəddə 2, Kərəcdə 2, Zərənddə isə 1 nəfər olmaqla 18 nəfər edam edilib. Bu edamlardan 6-sı ictimaiyyətin gözü qarşısında, 12-si isə həbsxanada icra edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR