Bakı. Real Cəfərli-APA. İranda 4 nəfər edam edilib.
APA-nın verdiyi məlumata görə, məhbuslardan ikisi qəsdən adam öldürməkdə, ikisi isə narkotik maddələrin qaçaqmalçılığında günahlandırılaraq dara çəkiliblər.
Yalnız ad və soyadının baş hərfləri qeyd edilən məhbus polis əməkdaşını qətlə yetirdiyinə görə mayın 8-də səhər saatlarında Savə şəhərində əhalinin gözü qarşısında asılıb.
Qətl və narkotik maddələrin qaçaqmalçılığında ittiham edilən digər 3 məhbus isə mayın 7-də səhər saatlarında Qum şəhərinin mərkəzi həbsxanasında edam olunub. Onların da ad və soyadlarının yalnız baş hərfləri açıqlanıb.