Bank Of Baku

İranda 5 nəfər edam edilib

İranda 5 nəfər edam edilib
# 21 may 2014 10:57 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İranın Əlborz vilayətində 5 nəfər edam edilib. APA-nın verdiyi məlumata görə, məhbuslar qəsdən adam öldürməkdə günahlandırılaraq dara çəkiliblər.

 

Mayın 18-də Kərəc şəhərinin Rəcayişəhr həbsxanasında saxlanılan 8 məhkum barələrində çıxarılmış ölüm cəzalarının icrası üçün təkadamlıq kameraya köçürülüblər. Ancaq onlardan üçünə işlərindən yenidən şikayət verməsi üçün möhlət tanınıb və həbsxananın ümumi korpusuna geri qaytarılıblar. Digər 5 məhbus isə mayın 19-da səhər saatlarında dara çəkiliblər.

 

Onların ad və soyadlarını hələlik dəqiqləşdirmək mümkün olmayıb. İranın rəsmi kütləvi informasiya vasitələri və məhkəmə orqanları da həyata keçirdikləri bu edamla bağlı ictimaiyyəti məlumatlandırmayıblar. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR