Bank Of Baku

İranda  “Prezident seçkiləri haqqında” qanunda dəyişiklik ediləcək

İranda  “Prezident seçkiləri haqqında” qanunda dəyişiklik ediləcək
# 10 dekabr 2012 17:55 (UTC +04:00)

Bakı. Könül Cəfərli – APA. İran parlamenti “Prezident seçkiləri haqqında” dövlət qanunda dəyişiklik edilməsi üçün qərar qəbul edib.  APA-nın “Press TV”-yə istinadən məlumatına görə, bu barədə İran parlamentinin deputatı Lalə Əftəhari açıqlama verib. O bildirib ki, İranın “Prezident seçkiləri haqqında” qanununda dəyişiklik edilməsinə ehtiyac var: “Dəyişiklik Seçki Komissiyasının yerli icraçılarının fəaliyyətinə aiddir və  şübhəsiz ki, bütün seçki mərhələlərində Daxili İşlər Nazirliyinin işinə də asanlaşdıracaq”. 

 

Qeyd edək ki, İranda növbəti prezident seçkiləri 14 iyun  2013-cü ildə keçiriləcək. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR