Bank Of Baku

İranda ABŞ əleyhinə etiraz aksiyası keçirilib

İranda ABŞ əleyhinə etiraz aksiyası keçirilib
# 05 oktyabr 2013 16:35 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. Ötən gün İranda ABŞ əleyhinə etiraz aksiyası keçirilib. APA-nın «Fars» xəbər agentliyinə istinadən məlumatına görə, yürüş-mitinq oktyabrın 4-də paytaxt Tehran şəhərində cümə namazından sonra ABŞ prezidenti Barak Obamanın İsrailin baş naziri Benyamin Netanyahu ilə görüşdə İrana qarşı sanksiyaların davam etdiriləcəyi və bütün variantların masada olduğuna dair son şərhinə etiraz olaraq təşkil edilib.

 

Aksiya iştirakçıları «Qəhr olsun ABŞ!» kimi şüarlar səsləndirərək B.Obamanın şəkillərini tapdalayıblar və ABŞ bayrağını yandırmağa cəhd göstəriblər.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR