Bank Of Baku

İranda ağır yol qəzası baş verib, 5 nəfər ölüb, 1 nəfər xəsarət alıb

İranda ağır yol qəzası baş verib, 5 nəfər ölüb, 1 nəfər xəsarət alıb
# 21 may 2014 13:29 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İranda ağır yol-nəqliyyat hadisəsi baş verib.

 

APA-nın İRNA-ya istinadən verdiyi məlumata görə, hadisə mayın 20-də axşam saatlarında İranın Sistan və Bəluçistan vilayətində Kombol-Nobəndiyan-Çabahar üç yolunda meydana gəlib.

 

Belə ki, minik avtomobili ilə yük maşınının toqquşması nəticəsində 5 nəfər yerindəcə ölüb, 1 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb. Hadisəyə minik avtomobilin sürücüsünün trayleri ötüb keçmək məqsədilə qarşı tərəfin yoluna çıxması səbəb olub.

 

Qəzada hər iki avtomobilin sürücüsü də həlak olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR