Bank Of Baku

İranda avtobus qəzası baş verib, 30-dan çox adam yaralanıb

İranda avtobus qəzası baş verib, 30-dan çox adam yaralanıb
# 24 may 2014 11:30 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İranda avtobus qəzası baş verib.

 

APA-nın İRNA-ya istinadən verdiyi məlumata görə, hadisə bu gün səhər saatlarında İranın Əlborz vilayətində, Kərəc-Tehran magistralında olub.

 

İçərisində 40-dək sərnişin olan avtobusun aşması nəticəsində 30-dan çox adam müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hadisəyə avtobusun qabaq təkərlərindən birinin partlaması nəticəsində sürücünün idarəetməni itirməsi səbəb olub.

 

Yaralılar  təcili yardım maşınları və helikopterlərlə xəstəxanalara qaldırılıblar.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR