Bakı. Real Cəfərli - APA. İranda azərbaycanlı fəal azadlığa buraxılıb.
APA-nın AZOH-a istinadən verdiyi məlumata görə, Hüseyn Əlizadə dörd aydan çox həbsdə qaldıqdan sonra əfv olunaraq Təbriz Mərkəzi Həbsxanasından sərbəst buraxılıb.
Qeyd edək ki, H. Əlizadə İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (
Azərbaycanlı fəalın konkret nədə günahlandırıldığı bilinməsə də, həbsi Seyid Cəfər Pişəvərinin rəhbərliyi altında qurulmuş Azərbaycan Milli Hökumətinin (21 Azər hərəkatı) 68-ci ildönümü mərasimlərində fəal iştirakı ilə əlaqələndirilir.
H. Əlizadənin həbs müddətində dindirilərkən müxtəlif psixi və fiziki işgəncələrə məruz qaldığı, ailə üzvlərinin görüşünə icazə verilmədiyi bildirilir. Azərbaycan fəal bir aya yaxın ETTELAAT-ın Təbriz şöbəsinin təcridxanasında saxlanıldıqdan sonra şəhərin mərkəzi zindanına köçürülüb. Bu addım Təbriz İnqilab Məhkəməsinin onu bir il müddətinə azadlıqdan məhrum etməsindən sonra atılıb.