Bank Of Baku

İranda azərbaycanlı fəal bəraət alıb

İranda azərbaycanlı fəal bəraət alıb
# 02 iyul 2013 00:53 (UTC +04:00)

Bakı. Könül Cəfərli – APA. İranda azərbaycanlı fəalın apelyasiya şikayəti təmin edilib. APA-nın “Oyannews”a istinadən məlumatına görə, İranın Şərqi Azərbaycan vilayətinin Apelyasiya Məhkəməsinin 12-ci şöbəsində keçirilən prosesdə Babək Bəqayiyə qarşı irəli sürülmüş bütün ittihamlar rədd edilərək onun barəsində bəraət hökmü çıxarılıb. 

 

Qeyd edək ki, B.Bəqayi 2012-ci ilin iyul ayında İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları tərəfindən tutulub, bir neçə həftə Sərab və Təbriz şəhərlərinin təcridxanalarında saxlanılıb. Azərbaycanlı fəal bir müddət sorğu-suala tutulduqdan sonra 30 milyon tümən zəmanətlə azadlığa buraxılıb. Daha sonra Sərab İnqilab Məhkəməsi Babək Bəqayiyə 6 ay həbs cəzası verib. Azərbaycanlı fəal hakimiyyət əleyhinə təbliğat aparmaqda ittiham edilib.

 

Bu arada iyunun 30-da azərbaycanlı fəal, müəllim Nəsrullah Vəlizadə Ərdəbil İnqilab Məhkəməsinin 5-ci şöbəsində ifadə verib. Azərbaycanlı fəal hakimiyyət əleyhinə təbliğat aparmaq və milli təhlükəsizliyə xələl vurmaqda günahlandırılıb. N. Vəlizadə 2011-ci ilin sentyabrında Urmiya gölü aksiyalarında iştirak etdiyinə görə ETTELAAT-ın Ərdəbil şöbəsinin əməkdaşları tərəfindən həbs edilib və 20 günlük sorğu-sualdan sonra azadlığa buraxılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR