Bank Of Baku

İranda azərbaycanlı siyasi məhbus aclıq aksiyasını dayandırıb

İranda azərbaycanlı siyasi məhbus aclıq aksiyasını dayandırıb
# 16 aprel 2014 16:04 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. Azərbaycanlı siyasi məhbus İran həbsxanasında 38 gündür keçirdiyi aclıq aksiyasını dayandırıb.

 

APA-nın AZOH-a istinadən məlumatına görə, buna səbəb Şahrux Zamaninin aprelin 15-də Kərəc şəhərinin Rəcayişəhr həbsxanasına geri qaytarılmasıdır.

 

Azərbaycanlı siyasi məhbus 2014-cü il martın 11-də Kərəc şəhərinin Qızılhasar zindanına qanunsuz olaraq köçürülməsinə bu yola əl atmaqla öz etirazını bildirib. Ş.Zamani martın 18-dək təkadamlıq kamerada saxlanıb və aclıq aksiyasına görə səhhəti pisləşdiyindən, ertəsi gün həbsxananın klinikasına köçürülüb. Onun Qızılhasar zindanına köçürülən zaman məmurlara müqavimət göstərdiyinə görə döyüldüyü və 18 kq arıqladığı bildirilir. Bu müddət ərzində Ş.Zamani həbsxanaya rəhbərliyinə 4 məktub ünvanlasa da, heç bir nəticəsi olmayıb.

 

Qeyd edək ki, Ş.Zamani 2011-ci il avqustun 18-də Təbriz İnqilab Məhkəməsi tərəfindən 11 il azadlıqdan məhrum edilib. İranın Şərqi Azərbaycan vilayətinin Apelyasiya Məhkəməsi də hökmü qüvvədə saxlayıb. Ş.Zamani sol təmayüllüdür, fəhlələrin hüquqlarını müdafiə etdiyi üçün həbs edilib. Azərbaycanlı siyasi məhbus bir neçə dəfə həbsxanada aclıq aksiyası da keçirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR