Bakı. Könül Cəfərli – APA. Bu il iyunun 14-də prezident seçkiləri ilə birgə keçiriləcək IV dövr bələdiyyə seçkilərində iştirak etmək üçün 302 min nəfərdən çox namizəd qeydiyyata alınıb.
APA-nın İRNA-ya istinadən məlumatına görə, bunu İranın daxili işlər naziri Mustafa Məhəmməd Nəccar keçirdiyi mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, qeydiyyataalma mərhələsi üçün təyin olunan 7 günlük müddət başa çatıb: “Bu müddət ərzində 302 165 nəfərin namizədliyi qeydiyyata alınıb. Onlardan 18%-i şəhər, 82%-i isə kənd bələdiyyələrinə namizədliklərini irəli sürüblər”.