Bank Of Baku

İranda bir nəfər edam edilib, digəri isə şallaqlanıb

İranda bir nəfər edam edilib, digəri isə şallaqlanıb
# 27 aprel 2014 11:18 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İranın Simnan vilayətində bir nəfər əhalinin gözü qarşısında edam edilib. APA-nın məlumatına görə, məhbus təcavüzdə günahlandırılaraq dara çəkilib.

 

Simnan şəhərinin sakini olan məhkumun yalnız ad və soyadının baş hərfləri açıqlanıb. Qərar İran Ali Məhkəməsi tərəfindən təsdiqləndikdən sonra aprelin 26-da səhər saatlarında icra edilib.

 

Bundan əlavə, İranın Cənubi Xorasan vilayətində bir nəfər əhalinin gözü qarşısında şallaqlanıb. Belə ki, ad və soyadının baş hərfləri açıqlanan şəxsə aprelin 26-da  səhər saatlarında Bircənd şəhərinin mərkəzi meydanında 40 zərbə şallaq vurulub. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR