Bakı. Real Cəfərli - APA. İranda bir nəfər gizli şəkildə edam edilib. APA-nın məlumatına görə, məhbus qətldə günahlandırılaraq dara çəkilib.
Rəhmətullah Qəmşazehi ömrünün 10 ilini həbsxanada keçirib. Qərar İran Ali Məhkəməsi tərəfindən təsdiqləndikdən sonra məhbus noyabrın 18-də səhər saatlarında Zahidan şəhərinin mərkəzi həbsxanasında edam edilib. Ancaq rəsmi mətbu orqanlar bununla bağlı heç bir xəbər verməyiblər.