Bank Of Baku

İranda daha 5 nəfər edam edilib

İranda daha 5 nəfər edam edilib
# 26 aprel 2013 04:52 (UTC +04:00)

Bakı. Könül Cəfərli – APA. İranda növbəti gizli edam həyata keçirilib. APA-nın məlumatına görə, ölkənin Sistan və Bəlucistan vilayətində daha 5 nəfər dara çəkilib. Məhbuslardan ikisi Əfqanıstan vətəndaşıdır. Edam aprelin 20-də həyata keçirilsə də, xəbər yeni yayılıb. Məhbusların ad və soyadları da məlum olub. Bunlar Cəfər Sərdəşti,  Əbdülqəni Qorgi, Abbas Kərimi və Əfqanıstan vətəndaşları olan Kəşmir Əlizehi və İqbal Şahbəxşdir. Təxminən 21-48 yaşları arasında olan məhbuslar narkotik maddələrin qaçaqmalçılığında günahlandırılıblar. Məhbuslar barəsində aşağı instansiya məhkəməsinin çıxardığı ölüm hökmü İran Ali Məhkəməsi tərəfindən təsdiqləndikdən sonra aprelin 20-də səhər saatlarında Zahidan şəhərinin mərkəzi həbsxanasında icra edilib. Əfqanıstan hökuməti İran tərəfini əfqanların edamını gizlətməkdə ittiham edir və bu səbəbdən rəsmi Tehrana etirazını bildirir.

Qeyd edək ki, “Amnesty İnternational” təşkilatının (Beynəlxalq Əfv Təşkilatı) yaydığı hesabatda İranda 2012-ci ildə 314 nəfərin edam edildiyi bildirilir. Ancaq İran insan haqları təşkilatları edamların sayına görə Çindən sonra ikinci pillədə qərarlaşmış bu ölkədə 2012-ci ildə 580 nəfərin dara çəkildiyini açıqlayıblar.

Xatırladaq ki, ötən həftə rəsmi və qeyri-rəsmi məlumatlara görə, Şirazda 9, Kirmanda 4, Məşhəddə 4, Kərəcdə 2, Zərənddə isə 1 nəfər olmaqla 20 nəfər edam edilib. Bu edamlardan 6-sı ictimaiyyətin gözü qarşısında, 14-i isə həbsxanada icra edilib. Bu həftə isə ikisi qadın olmaqla 4 nəfər Dezful, 3 nəfər Bəm, 3 nəfər də Urmiya şəhərinin mərkəzi həbsxanasında dara çəkilib.  

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR