Bakı. Real Cəfərli-APA. İranda daha iki nəfər edam edilib. APA-nın məlumatına görə, məhbuslar qətldə günahlandırılaraq dar ağacından asılıblar. Cinayətkarlardan biri Torbət Heydəriyyə rayonunun Sərhəng kəndində bir cavanı, digəri isə Məşhəd şəhərinin Nərimani kəndində 35 yaşlı kişini bıçaqla qətlə yetirib. Hər iki məhbus avqustun 22-də səhər saatlarında Məşhəd şəhərinin mərkəzi həbsxanasında (Vəkilabad) edam edilib.
Qeyd edək ki, bundan əvvəl avqustun 22-də bir nəfər Həndicanda, avqustun 21-də isə iki nəfər Cəhrom və Təbrizdə dara çəkilib.