Bank Of Baku

İranda həbsdə olan azərbaycanlı fəalın səhhəti ağırlaşıb

İranda həbsdə olan azərbaycanlı fəalın səhhəti ağırlaşıb
# 27 aprel 2014 15:18 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İranda həbsdə olan azərbaycanlı fəal Həmid Mənafi Nadarlının (Erkin) səhhəti ağırlaşıb.

APA-nın “Oyannews”a istinadən verdiyi məlumata görə, bu səbəbdən o, Tehranın Evin həbsxanasının klinikasına yerləşdirilib.

Nadarlının fiziki və psixoloji vəziyyətinin yaxşı olmadığı bildirilir.

Qeyd edək ki, İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) Tehran şöbəsinin əməkdaşları H. M. Nadarlını martın 8-də səhər saatlarında mağazasında həbs ediblər.

O, İran təhlükəsizlik qüvvələrinin Tehran yaxınlığında sakinlərinin əksəriyyətini azərbaycanlılar təşkil edən Nəsimşəhr rayonunda 21 fevral – Ümumdünya Ana Dili Günü münasibətilə keçirilən mərasimə hücumu zamanı başından yaralanıb. Azərbaycanlı fəal indiyədək Tehranın Evin həbsxanasının 209-cu bəndində saxlanılıb.

H. M. Nadarlı bundan əvvəl də 2011-ci il sentyabrın 2-də İran hökumətinin Urmiya gölünün qurumasına laqeyd münasibətinə etiraz olaraq Təbriz şəhərində keçirilmiş kütləvi aksiyalarda iştirak etdiyinə görə həbs edilib. O, 20 günə yaxın təcridxanada saxlanıldıqdan sonra 40 milyon tümən mülk girovu qarşılığında azadlığa buraxılıb.
 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR