Bank Of Baku

İranda hərbi dəniz təlimləri keçiriləcək

İranda hərbi dəniz təlimləri keçiriləcək
# 21 noyabr 2012 13:10 (UTC +04:00)

 

Bakı. Könül Cəfərli – APA. İranın cənub-şərq sahillərində hərbi dəniz təlimləri keçiriləcək. APA-nın İRNA-ya istinadən məlumatına görə, bunu İran Hərbi-Dəniz Qüvvələrinin komandanı, kontr-admiral Həbibulla Səyyari bildirib.

 

Onun sözlərinə görə, “Vilayət-91” adlı manevrin 21 dekabr 2012-ci il və 20 yanvar 2013-cü il tarixləri arasında keçirilməsi planlaşdırılır. H. Səyyari deyib ki, İran gələcəkdə öz donanmasının imkanlarını nümayiş etdirmək üçün hərbi gəmilərini Atlantik okeanına göndərəcək. İranlı komandan hazırda ölkəsinin 19 qonşusundan 12-si ilə su sərhədlərinə sahib olduğunu da vurğulayıb.

 

Qeyd edək ki, İran Hərbi-Dəniz Qüvvələri 2011-ci ilin dekabrında Fars körfəzində Hörmüz boğazının şərq hissəsindən Ədən körfəzinə qədər 2000 km-lik ərazidə on günlük genişmiqyaslı təlimlər keçirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR