Bank Of Baku

İranda Hind Okeanı ölkələrinin Hərbi Dəniz Qüvvələri rəhbərlərinin konfransı keçiriləcək

İranda Hind Okeanı ölkələrinin Hərbi Dəniz Qüvvələri rəhbərlərinin konfransı keçiriləcək
# 21 noyabr 2016 18:06 (UTC +04:00)

Hind Okeanı ölkələrinin Hərbi Dəniz Qüvvələrinin komandirlərinin konfransı 2018-ci ildə İranda keçiriləcək.

 

APA-nın Tehran bürosunun məlumatına görə,  bunu İran Sİlahlı Qüvvələrinin Hərbi Dəniz Qüvvələri komandiri  general Həbibullah Səyyari keçiridyi mətbuat konfransında deyib.

 

H.Səyyari deyib ki,  Hind Okeanı ölkələrinin HDQ komandirlərinin konfransı hər iki ildən bir keçirilir . Onun sözlərinə görə, konfransda 40 ölkədən rəsmilər iştirak edəcək, 4 ölkənin isə Hərbi Dəniz Qüvvələri komandiri konfransa qatılacaq.

 

Onun sözlərinə görə, İran HDQ-sinə məxsus “Əlvənd” və “Buşəhr”  hərbi gəmilərdən ibarət 44-cü donanması Afrika qitəsi və Atlantik okeana səfər edib: “Bu iki hərbi gəmi  Cənubi Afrikanın Durban limanında löbər salıb və yaxın gələcəkdə Atlantik okeandan keçəcək”. O,  Pentaqon sözçüsünün İran  Atlantik okeanın sərhədlərini keçə bilməz iddiasının cavabında deyib ki, bu gün İran  Afrika qitəsini dövr edərək Atlantik okeana daxil olmaqla öz gücünü nümayiş etdirib.

 

H.Səyyari həmçinin İranın Hərbi Dəniz Qüvvələri donanması yaxın gələcəkdə  Qazağıstan, Türkmənistan və Rusiyaya gedəcəyini bildirib. Onun sözlərinə görə,  İran HDQ-si indiyədək Hindistan, Pakistan,  Oman,  Tanzaniya, Azərbaycan,  Cənubi Afrika ölkələrinin  limanlarında olub və ilin sonuna kimi də Rusiya, Qazağıstan, Türkmənistan,  Hind Okeanı ölkələri, və Asiyanın Cənub-Şərq ölkələrinə səfər edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR