Bank Of Baku

İranda narkotiklərin beynəlxalq tranziti ilə məşğul olan böyük dəstə ifşa edilib

İranda narkotiklərin beynəlxalq tranziti ilə məşğul olan böyük dəstə ifşa edilib
# 24 avqust 2013 15:35 (UTC +04:00)


Bakı. Real Cəfərli - APA. İranda narkotik maddələrin beynəlxalq tranziti ilə məşğul olan böyük dəstə ifşa edilib. APA-nın «Mehr» agentliyinə istinadən verdiyi məlumata görə, bunu İran Nizam-İntizam Qüvvələrinin Narkotik Maddələrlə Mübarizə İdarəsinin rəhbəri, general Əli Məvidi bildirib.

Onun sözlərinə görə, bu ilin mart ayından indiyədək 215 ton narkotik maddə ələ keçirilib: «Ötən 6 ay ərzində narkotik maddələrin beynəlxalq tranziti ilə məşğul olan böyük bir dəstə müəyyənləşdirilib. Dəstənin ifşası üçün Birləşmiş Ərəb Əmirliklərinin polisi ilə əməkdaşlıq edilib. Nəticədə, Qərb ölkələrini, Orta Şərq bölgəsini və İranı hədəf alan dəstənin 10 əsas üzvü həbs edilib. Əməliyyat zamanı 7 ton narkotik maddə ələ keçirilib».

Ə.Məvidi həmçinin İranın Hörmüzqan vilayətində son 72 saatda 10 ton müxtəlif narkotik maddə ələ keçirildiyini də bildirib.
 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR