İranın Abadan şəhərindəki neft emalı zavodunda yanğın baş verib.
APA-nın İSNA agentliyinə istinadən verdiyi məlumata görə, ötən gecə qeydə alınan hadisə zamanı bir nəfər ölüb, 18 nəfər xəsarət alıb.
Yanğın söndürülüb, hazırda hadisənin başvermə səbəbləri araşdırılır.