Bank Of Baku

İranda polis təyyarəsinin qəzaya uğraması nəticəsində 7 nəfər ölüb

İranda polis təyyarəsinin qəzaya uğraması nəticəsində 7 nəfər ölüb
# 12 oktyabr 2014 04:37 (UTC +04:00)

Bakı-APA. İranın cənub-şərqindəki Zahedan şəhəri yaxınlığında polis təyyarəsi qəzaya uğrayıb, nəticədə 7 nəfər ölüb.

 

APA-nın “RİA Novosti”-yə istinadən verdiyi xəbərə görə, insident ötən gün axşam saatlarında baş verib. Yüngül mühərrikli Turbo Commander təyyarəsi paytaxt Tehrandan havaya qalxıb. Təyyarənin göyərtəsində 3 nəfər ekipaj və istintaq idarəsinin rəisi daxil olmaqla, 4 sərnişin olub.

 

Xilasedicilər artıq qəza yerini aşkarlayıblar. Qəzanın səbəbləri müəyyənləşdirilir.  

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR