Bank Of Baku

İranda prezidentliyə namizədliyin irəli sürülməsinin tarixi açıqlanıb

İranda prezidentliyə namizədliyin irəli sürülməsinin tarixi açıqlanıb
# 17 dekabr 2012 07:36 (UTC +04:00)

Bakı. Könül Cəfərli - APA. 2013-cü il iyunun 14-də İranda keçirilməsi planlaşdırılan prezident seçkisinə namizədliyin irəli sürülməsinin tarixi açıqlanıb.

 

APA-nın İRNA-ya istinadən məlumatına görə, İranın daxili işlər naziri Mustafa Məhəmməd Nəccar bildirib ki, ölkədə XI dəfə keçiriləcək prezident seçkisində iştirak edəcək şəxslərin öz namizədliklərini gələn ilin may ayında irəli sürməsi qərara alınıb: “Proses 5 gün davam edəcək”.

 

Nazir əlavə edib ki, gələn il iyunun 14-də ölkədə prezident seçkisi ilə yanaşı, IV dövr bələdiyyə seçkiləri də keçiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR