Bank Of Baku

İranda sel infrastruktura ciddi ziyan vurub, Təbrizdə 2 nəfər ölüb - FOTOSESSİYA

İranda sel infrastruktura ciddi ziyan vurub, Təbrizdə 2 nəfər ölüb - <span style="color: red;">FOTOSESSİYA
# 23 aprel 2014 10:33 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İranın Azərbaycan şəhərlərində leysan və dolu nəticəsində yaranmış daşqınlar və sel infrastruktura ciddi ziyan vurub.

 

APA-nın İran mətbuatına istinadən verdiyi məlumata görə, təbii fəlakət nəticəsində İranın Şərqi Azərbaycan vilayətinin mərkəzi Təbriz şəhərində iki nəfər ölüb. Onların 35 yaşlarında ata və onun 14 yaşlı oğlu olduğu bildirilir. Şəhərin müxtəlif yerlərində yüzlərlə sakin və 60-dan çox minik avtomobili seldən xilas edilib.

 

Daşqınlar nəticəsində bir sıra yeraltı keçidlər bağlanıb, tıxaclar yaranıb və bəzi evlərə su dolub.

 

Bundan başqa, Qərbi Azərbaycan vilayətinin Poldəşt şəhərində daşqınlar və sel əksər kəndlərə ciddi ziyan vurub, kənd yollarını, suvarma vasitələrini sıradan çıxarıb. Hazırda dəymiş ziyanın məbləği müəyyənləşdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR