Bank Of Baku

İranda qəzaya uğrayan təyyarədə olan 66 nəfər ölüb - YENİLƏNİB-2

İranda qəzaya uğrayan təyyarədə olan 66 nəfər ölüb - <span style="color: red;">YENİLƏNİB-2
# 18 fevral 2018 09:34 (UTC +04:00)

 

İranda qəzaya uğrayan sərnişin təyyarəsində olan 60 sərnişin və 6 heyət üzvü həyatını itirib.

 

APA-nın məlumatına görə, bu barədə İranın İSNA agentliyi sərnişin təyyarəsinin məxsus olduğu "Aseman Airlines" aviaşirkətinə istinadən məlumat yayıb.

 

Qəza zamanı sağ qalan olmayıb.

 

***

 

saat 12.04

 

İranda paytaxt Tehrandan Yasuç şəhərinə uçan "Aseman Airlines" aviaşirkətinə məxsus "ART-72" tipli sərnişin təyyarəsi İsfahan vilayətinin Semiron rayonunda dağlıq ərazidə qəzaya uğrayıb.

 

APA-nın "Tasnim" agentliyinə istinadən verdiyi məlumata görə, yerli vaxtla səhər saat 08.00-da Tehrandan havaya qalxan sərnişin təyyarəsi 50 dəqiqə sonra qəzaya uğrayıb.

 

Təyyarənin göyərtəsində 60 sərnişin və 6 heyət üzvü var. Bölgəyə xilasedici dəstələrin olduğu vertolyotlar göndərilsə də, qatı duman səbəbindən vertolyotlar qəza baş verən dağlıq əraziyə enə bilmir. Bu səbəbdən hələlik qəzaya uğrayan təyyarənin qalıqları aşkarlanmayıb. 

 

***

 

saat 11.38

 

Bu gün İranda sərnişin təyyarəsi qəzaya uğrayıb. 

 

APA-nın məlumatına görə, bu barədə "Tasnim" agentliyi məlumat yayıb. 

 

Göyərtəsində 60 sərnişin və heyət üzvləri olan təyyarə İsfahan əyalətində qəzaya uğrayıb. Təyyarənin Tehran-Yasuç aviareysini yerinə yetirdiyi açıqlanıb.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR