Bank Of Baku

İranda tanınmış azərbaycanlı fəal həbs edilib

İranda tanınmış azərbaycanlı fəal həbs edilib
# 09 dekabr 2012 02:50 (UTC +04:00)

 

Bakı. Könül Cəfərli - APA.İranda tanınmış azərbaycanlı fəal dekabrın 8-də İranın İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin ("Ettelaat") əməkdaşları tərəfindən həbs edilib. APA-nın məlumatına görə, Mehdi Həmidi Şəfiq Təbrizdəki evində tutulub. Ötən il sentyabrın 2-də Urmiya gölü ilə bağlı keçirilən etiraz aksiyasında  həbs edilən fəal hakimiyyət əleyhinə fəaliyyətdə və ölkənin   təhlükəsizliyini pozmaqda ittiham edilib. Zəmanətlə müvəqqəti azadlığa buraxılan və məhkəməsi keçirilən M.H.Şəfiq 21 ay azadlıqdan məhrum edilib. Məhkəmə qərarının icrası üçün azərbaycanlı fəal yenidən həbs edilib. Onun hazırda  Təbriz həbsxanasında olduğu bildirilir. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR