Bank Of Baku

İranda tanınmış azərbaycanlı fəal həbs edilib - FOTO

İranda tanınmış azərbaycanlı fəal həbs edilib - <span style="color: red;">FOTO
# 17 sentyabr 2013 11:34 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İranda tanınmış azərbaycanlı fəal həbs edilib.

 

APA-nın “Oyannews”a istinadən məlumatına görə, Salar Turi sentyabrın 16-da İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları tərəfindən tutulub. Azərbaycanlı fəal “Yanar” kafesi ilə bağlı açılmış işlə əlaqədar Təbriz Şəhər Prokurorluğuna müraciət edib, ancaq onu həbs edərək ETTELAAT-ın Təbriz şöbəsinin təcridxanasına salıblar.

 

Qeyd edək ki, S.Turi 2013-cü il fevralın 24-də axşam saatlarında Asiya Çempionlar Liqasının qrup Təbrizin ETTELAAT əməkdaşlarının Təbrizin Qolşəhr məhəlləsində yerləşən “Yanar” çay evinə basqını zamanı 45 nəfərlə birlikdə saxlanılıb. Həbs fevralın 26-da Asiya Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində Təbrizin “Səhənd” stadionunda yerli “Traktorsazi” komandası ilə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) “Əl-Cəzirə” klubu arasında keçiriləcək qarşılaşma və 109 nəfər azərbaycanlı fəalın İranın Şərqi Azərbaycan vilayətinin Ermənistanla əlaqələrini genişləndirməsinə etiraz olaraq imzaladığı müraciətlə əlaqədar həyata keçirilib. Azərbaycanlı fəallardan 40 nəfəri sorğu-sual edildikdən və bir gün ETTELAAT-ın Təbrizdəki təcridxanasında saxlanıldıqdan sonra fevralın 25-də səhər saatlarında azadlığa buraxılıb. Ancaq digər 5 azərbaycanlı fəal iki gün təcridxanada saxlanıldıqdan sonra fevralın 26-da axşam saatlarında zəmanətlə sərbəst buraxılıb. Lakin Təbriz Məhkəməsinin 19-cu şöbəsində keçirilən məhkəmə prosesində hakimiyyət əleyhinə təbliğat aparmaqda günahlandırılan azərbaycanlı fəallar barəsində həbs-qətimkan tədbiri seçilərək Təbriz həbsxanasına göndəriliblər. Martın 7-də onların məhkəmə prosesi keçirilib və Təbriz Məhkəməsinin 19-cu şöbəsinin hakimi azərbaycanlı fəalların azadlığa buraxılması üçün 100 milyon tümən dəyərində mülk girovu təyin edib. -

 

Martın 12-də axşam saatlarında S.Turi Məhəmməd Əmiri, Məhəmməd Xətibi, Əli Sirnak və Adil (Nəcəf) Xəndanla birgə 100 milyon tümən zəmanətlə sərbəst buraxılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR