Bakı. Real Cəfərli – APA. İranda tanınmış azərbaycanlı fəal həbs edilib. APA-nın HRAZ-a istinadən verdiyi məlumata görə, İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları Əyyub Şirini oktyabrın 1-də Təbriz şəhərində öz mağazasında tutulub. O, Təbriz İnqilab Məhkəməsinin barəsində çıxardığı 6 aylıq həbs cəzası əsasında saxlanılaraq Təbriz şəhərinin mərkəzi həbsxanasına aparılıb. Ə. Şiri İran hakimiyyətinin əleyhinə təbliğat aparmaqda günahlandırılır. Onun iş yerində axtarış aparılıb və kompüteri müsadirə edilib.
Qeyd edək ki, Ə. Şiri 2011-ci il mayın 4-də səhər saatlarında Təbriz şəhərində yerləşən atasının evində