Bank Of Baku

İranda tanınmış azərbaycanlı fəal zəmanətlə azadlığa buraxılıb

İranda tanınmış azərbaycanlı fəal zəmanətlə azadlığa buraxılıb
# 06 may 2014 17:24 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İranda tanınmış azərbaycanlı fəal zəmanətlə azadlığa buraxılıb. APA-nın HRAZ-a istinadən verdiyi məlumata görə, Əlirza Fərşi Yekanlı 74 günlük həbs həyatından sonra ailəsinin qoyduğu 100 milyon tümən mülk girovu qarşılığında mayın 6-da Tehranın Evin həbsxanasından sərbəst buraxılıb.  

 

Qeyd edək ki, Ə.Fərşi İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) Tehran şöbəsinin əməkdaşlarının paytaxtın yaxınlığında sakinlərinin əksəriyyətini azərbaycanlılar təşkil edən Nəsimşəhr rayonunda 21 fevral – Ümumdünya Ana Dili Günü münasibətilə keçirilən mərasimə hücumu zamanı həbs edilib. Azərbaycanlı fəal tədbirin zor gücünə dağıdılması nəticəsində ağır bədən xəsarəti alıb. O, Azərbaycan milli kimliyi uğrunda apardığı dinc faəliyyətinə görə dəfələrlə tutulub və həbs cəzasına məhkum edilib. Eyni zamanda Təbriz İnqilab Məhkəməsi tərəfindən azadlıqdan məhrum edildiyinə görə Culfa Beynəlxalq Azad Universitetinin Elmi Şurasından da xaric edilib.   

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR