Bank Of Baku

İranda tanınmış azərbaycanlı fəala 50 zərbə şallaq vurulacaq

İranda tanınmış azərbaycanlı fəala 50 zərbə şallaq vurulacaq
# 24 aprel 2013 02:24 (UTC +04:00)

Bakı. Könül Cəfərli – APA. İranda tanınmış azərbaycanlı fəala, jurnalistə 50 zərbə şallaq vurulacaq. APA-nın məlumatına görə, 2012-ci ilin dekabrından bəri Təbriz həbsxanasında həbs cəzasını çəkən Həsən Ərk barəsində digər məhkəmənin çıxardığı hökm icraya qoyulub. Prosedur qaydalarına əsasən, azərbaycanlı fəal həkim müayinəsindən keçməlidir. H. Ərkin bədəninin şallaq zərbələrinə dözə biləcəyi həkim tərəfindən təsdiqləndiyi təqdirdə isə hökm icra ediləcək.

Qeyd edək ki, H. Ərk 2011-ci il avqustun 24-də Təbrizin Qumtəpə məhəlləsində verilən iftar mərasimi zamanı Urmiya gölünün qurumasının qarşısının alınması yollarını müzakirə edərkən 28 azərbaycanlı fəalla birlikdə İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları tərəfindən həbs olunub. Bir müddət sonra zəmanətlə müvəqqəti azadlığa buraxılan azərbaycanlı fəal bir il həbs cəzasına məhkum edilib. Bundan əvvəl H. Ərk “GünAzTV”yə müsahibəsi zamanı İranın ali dini rəhbəri, ayətullah Əli Xamneyiyə və ölkə polisinə böhtan atmaqda günahlandırılaraq 2012-ci ilin mart ayında Təbrizin Ümumi Cəza Məhkəməsi tərəfindən 50 zərbə şallaq cəzasına məhkum edilib. Azərbaycanlı jurnalist nəşrinə qadağa qoyulmuş “Şəms-e Təbriz” (“Təbrizin günəşi”) qəzetinin redaksiya heyətinin üzvü olub. H. Ərkin bel ağrısı, astma və ürək xəstəliyindən əziyyət çəkdiyi bildirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR