Bakı. Real Cəfərli-APA. İranda tanınmış azərbaycanlı yazıçı-publisistin məhkəməsi olub. APA-nın “Oyannews”a istinadən məlumatına görə, məhkəmə prosesi avqustun 22-də Meşkinşəhr (Xiyov) İnqilab Məhkəməsinin birinci şöbəsində olub. İbrahim Rəşidi (Savalan) hakimiyyət əleyhinə təbliğat aparmaqda və müxalif qruplarla əməkdaşlıqda təqsirli bilinib.
Azərbaycan fəal Təbriz İnqilab Məhkəməsinin birinci şöbəsi tərəfindən eyni ittihamlarla mühakimə edilərək 1 il azadlıqdan məhrum olunduğundan Xiyov İnqilab Məhkəməsinin birinci şöbəsi işi birləşdirib. Yəni İ.Rəşidi İranın Şərqi Azərbaycan vilayətinin Apellyasiya Məhkəməsinin də təsdiqlədiyi birillik həbs cəzasını çəkəcək.
Qeyd edək ki, “Amnesty International” (Beynəlxalq Əfv Təşkilatı) 2006-cı il may və aprel aylarında, “Sərhədsiz Reportyorlar” təşkilatı isə 2012-ci il iyunun 22-də bəyanat verərək azərbaycanlı yazıçı-publisistin həbsini pisləyib.